Konsulun maşını vuruldu - - Bakıda

konsulun-masini-vuruldu-
Oxunma sayı: 1357



“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Muxtarov küçəsində yaşadığı evin qarşısında naməlum avtomobil Litva səfirliyində konsul işləyən Litva vətəndaşı 1980-ci il təvəllüdlü Danieus Turskes Zenonesin idarə etdiyi Mitsubişi markalı D 04606 nömrəli avtomobili vuraraq zədələyib. Naməlum şəxs dərhal hadisə yerindən uzaqlaşıb. 

Yasamal Rayon Polis İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisəni törədən şəxsin kimliyi müəyyən olunmayıb. İş üzrə araşdırma aparılır. 

Murad Əhməd