“Kontakt” “De'Longhi” ilə birgə “Milli Kitab Satış Sərgisi”nə sevinc qatdılar

kontakt-delonghi-ile-birge-milli-kitab-satis-sergisine-sevinc-qatdilar
Oxunma sayı: 930

Sevindirən şəbəkəmiz olan “Kontakt” bu dəfə pozitiv enerjsini kitabsevərlərə ötürə bilib. Belə ki, şəbəkə dünyaca məşhur partnyoru “De'Longhi” brendi ilə birlikdə 1-10 oktyabr tarixlərində keçirilən “Milli Kitab Sərgisi”nin baş sponsporu olub.

“Qanun” Nəşriyyat Evinin və "Əli və Nino" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkaya 35 000-dən çox ziyarətçi, 100-dən çox qonaq, 50-dən çox sahibkar qatılıb. Maraqlı seminarlar, görüşlər, imza günləri, təqdimat və konsertlərlə zəngin olan tədbirin ziyarətçiləri “Kontakt” ilə “De'Longhi” brendlərindən ətirli qəhvə dadmaq, “De'Longhi” məhsulları barədə ətraflı məlumat almaq imkanı qazanıblar. Bundan başqa, sərgi ziyarətçilərinə sponsorlar tərəfindən müxtəlif tematik hədiyyələr də təqdim olunub.

“Biz çox sevincliyik ki, gənclər arasında kitab və mütaliənin təbliğində kiçik də olsa bizim də qatqımız oldu. Bu sərgidən bizə xoş xatirələr yadigar qaldı. Belə bir tədbirdə baş sponsor olmaqdan çox məmnun olduq” - deyə “Kontakt” mağazalar şəbəkəsindən bildiriblər.

“De'Longhi” brendinin sərgiyə bəxş etdiyi kofe ətri isə mütaliəni daha da sevimli edib.

“Qəhvə mütaliənin ayrılmaz hissəsidir. Məhz buna görə sərgiyə sponsor olduq. Çox şadıq ki, kitabsevərləri ləziz və ətirli kofe ilə təmin edə bildik” - deyə “De'Longhi” brendinin nümayəndələri tədbir haqda fikirlərini bölüşüblər.

Qeyd edək ki, dünyaca məhşur “De'Longhi” mətbəx üçün məişət texnikasının istehsalı üzrə ixtisaslaşır. Brendin məhsulları ilə yaxından tanış olmaq üçün rəsmi tərəfdaşı olan “Kontakt” mağazalarına yaxınlaşa və ya kontakt.az saytına keçid edə bilərsiniz.

Xatırladaq ki, “Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.