Kontakt Home-da sağlamlıq məhsullarına xüsusi kampaniya

kontakt-home-da-saglamliq-mehsullarina-xususi-kampaniya
Oxunma sayı: 993

Fəsil dəyişkənliyi orqanizmimizdə hipertoniya, allergiya, baş və əzələ ağrıları və s. kimi xroniki xəstəlikləri aktivləşdirir. Bu aylarda mövsümi xəstəliklərin də sayı çoxalır və səhhətimiz daha çox qayğı tələb edir. Hər zaman müştərilərinin qayğısına qalan “Kontakt Home” məhz bu münasibətlə sağlamlıq kateqoriyasından olan məhsullara xüsusi kampaniya başladıb.

“Sağlamlıq Həftəsi” çərçivəsində aprelin 25-dək sağlamlıq kateqoriyasından olan məhsullara nağd alışda xüsusi endirimlər, kreditlə alışda isə ilkin ödənişsiz, 18 ayadək faizsiz şərtlər keçərli olacaq.

“Kontakt Home” mağazalarında dünyaca məşhur brendlərə məxsus elektron təzyiq aparatlarının, termometrlərin, ağıllı tərəzilərin, hava təmizləyiciləri və nəmləndiricilərinin, elektrik diş fırçaları və irriqatorların, elektron massajorların, ortopedik və anti-allergik yataq dəstlərinin, kontakt.az saytında isə körpələr üçün sterilizator və inqalyatorları, idman trenajorlarını da onlayn sifariş vermək olar.

“Sağlamlıq Həftəsi” çərçivəsində nağd alışda:

Bədən çəkisi ilə yanaşı, həm də əzələ və yağ toxumasının faizini, bədən çəki indeksini, bədən suyunun faizini, sümük kütləsini, zülal, visseral yağ toxumasını və metabolik sürətini ölçə bilən Huawei Bodyfat ağıllı tərəzisini 70 deyil, 59 manata;

Əzələlərinizi daim tonusda saxlayacak Beurer brendinin elektrik masajorunu 60 deyil, 45 manata;

14 gün avtonom rejimdə işləyən ikili Philips elektrik diş fırçasını 230 deyil, 179 manata;

Su təziqi ilə dişləri və diş ətlərinizi ərpdən təmizləyən Panasonic oral irriqatorunu 130 deyil, 109 manata;

Aspirator xəstəliklərə qarşı ən yaxın dostunuzə çevriləcək Philips hava nəmləndiricisini 400 deyil, 329 manata;

Tək nəfərlik anti-allergik Lahor yataq dəstini 120 deyil, cəmi 69 manata əldə edə bilərsiniz.

Eyni zamanda, kontakt.az saytında: 

-İdman zalını evinizə gətirəcək VolksGym brendinin qaçış trenajoru nağd alışda 3000 deyil, 2849 manata olacaq.

Taksit kart sahibləri endirimli nağd qiyməti 18 ayadək faizsiz hissələrə bölə bilər. Taksit kartı olmayanlar isə, bu tarixlərdə sağlamlıq məhsullarını ilkin ödənişsiz, 18 ayadək faizsiz daxili kredit şərtləriylə Kontakt Home-dan ala bilər.

“Kontakt Home” hər kəsə sağlamlıq və bol enerji arzu edir!