Kontakt Home-un hazırladığı videoçarx maraqla qarşılandı - Video

kontakt-home-un-hazirladigi-videocarx-maraqla-qarsilandi
Oxunma sayı: 2336

Karantin rejiminin yumşaldılmasından sonra ölkənin ən böyük elektronika şəbəkələrindən biri olan Kontakt Home öz mağazalarının fəaliyyətini yenidən bərpa edib. Bu münasibətlə şəbəkə müştəriləri üçün pozitiv videoçarx hazırlayıb. Video internet istifadəçiləri tərəfindən maraqla və təbəssümlə qarşılanıb:

Qeyd edək ki, həm müştərilərinin, həm də əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Kontakt Home bütün mağaza və inzibati binalarında virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri aparıb.

Karantin qaydalarına uyğun olaraq, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Müştərilər 2 yazıb 8103-ə sms yollamaqla, karantin rejiminin qaydaları əsasında Kontakt Home mağazalarına gəlib, istədikləri məhsulları əldə edə bilərlər.

Mağazanın xidmətlərindən onlayn yararlanmaq istəyənlər isə elə evdəncə telefon və ya kompüterlə Kontakt.az saytına daxil olub istədiyi məhsulu sifariş verə bilər. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.