“Kontakt” Mingəçevirin ən böyük elektronika və ev əşyaları mağazasını açdı - Fotolar

kontakt-mingecevirin-en-boyuk-elektronika-ve-ev-esyalari-magazasini-acdi
Oxunma sayı: 2131

Ölkənin ən qabaqcıl riteyl şəbəkələrindən olan “Kontakt” region sakinlərinə daha da yaxın gəlməklə, sevinc dairəsini bir az da genişləndirir.

"Qafqazinfo" xəbər verir ki, şəbəkə bu dəfə Mingəçevirdə növbəti mağazasının açılışı ilə şəhər sakinlərini sevindirib. Musiqi, əyləncə, hədiyyəli müsabiqələr və sərfəli məhsul təklifləri ilə bol açılış tədbiri kiçikdən böyüyə hamı tərəfindən böyük maraqla qarşılanıb.

AXTARDIĞINIZ HƏR ŞEY BİR ÜNVANDA

Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsində (5+ market) yerləşən, 1720 m2 sahəyə malik, loft dizaynlı mağazanın 1-ci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal texnikanın, 2-ci mərtəbəsində isə böyük və kiçik məişət, mebel və Madame Coco brendinə aid ev əşyalarının geniş çeşidi təqdim olunub.

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Məhz Yeni Mingəçevir mağazasının açılışına özəl olaraq yalnız noyabrın 15-dək bütün növ məhsullar nağd alışda 50%-dək endirimlə, hissəli alışda isə:

· Smartfonlar, notbuklar, planşetlər - 12 ay faizsiz;

· Məişət texnikası və televizorlar - 18 ay faizsiz;

· Mebellər - 24 ay faizsiz, ilkin ödənişsiz, və komissiyasız şərtlərlə olacaq.

Endirimli məhsullardan bəzilərinə nəzər yetirək: · 1.7l tutumlu Gorenje çaydanını və Xiaomi Mi band 4C smart qolbağını 59.99 AZN deyil, cəmi 29.99 manata; · 6 kq-lıq HOFFMANN paltaryuyanını isə 459.99 AZN yox, endirimlə cəmi 379.99 manat ödəyərək əldə edə bilərsiniz.

Kreditlə məhsul əldə etmək istəyənlər üçün: · Samsung Galaxy A12 smartfonu ayda 27,50 manat; · 81 sm-lik Smart Samsung televizoru ayda 41,70 manat; · 275 Vt sovurma gücünə sahib Gorenje tozsoranı isə ayda cəmi 6,70 manat olacaq.

“Kontakt” sevincini bölüşmək üçün hər kəsi Mingəçevir mağazasında gözləyir. Fürsətləri əldən verməyin.

Xatırladaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərməkdədir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən edə bilərsiniz.