“Kontakt” Nərimanovda Ən Smart mağazasını açdı - Açılışa özəl kampaniya

“Kontakt” Nərimanovda Ən Smart mağazasını açdı
Oxunma sayı: 1837

“Kontakt” avqustun 19-u axşam saat 17:00-da Nərimanovda şəbəkənin ən smart mağazasını təqdim edəcək. Bu mağazada həyatınızı asanlaşdıracaq ən ağıllı texnologiyalar sərgilənir.

İki mərtəbəli mağazanın ümumi sahəsi 1000 m2 təşkil edir ki, bu da rahatlıqla alış-veriş etməyə şərait yaradır. Mağazanın 1-ci mərtəbəsinə daxil olduqda alıcıları “Smarthome” yəni ağıllı ev, smartfon, televizor, notbuk və planşet modellərinin zəngin çeşidi qarşılayır. Mağazanın 2-ci mərtəbəsində isə nəqliyyat vasitələrinin və iqlim texnikasının müxtəlif çeşidləri zövqlə bir araya gətirilib.

“Ağıllı ev” sistemləri tək ünvanda

Kim istməz ki, evi uzaqdan idarə oluna bilən cihazlarla bütünləşsin. Bu həm məişət texnikası, həm də digər qadcetlərlə qarşılıqlı əlaqəni asanlaşdırır. Çünki, ağıllı ev sistemləri sayəsində hər şeyi smartfon və ya mərkəzləşdirilmiş panel vasitəsilə tənzimləmək, həmçinin konfiqurasiya etmək olur. Bütün bunları test etmək üçün mağazanın 1-ci mərtəbəsində yerləşən “Smarthome” guşəsinə baş çəkərək səs təlimatlarınıza uyğun olaraq işıqları söndürüb-yandıra, alacağınız televizora hansı tv asqısının uyğun ola biləcəyini müəyyən edə, “Smarthome”un 2 ci mərtəbəsində olan televizorda isə ağıllı ev sistemlərinin necə çalışdığını ətraflı izləyə bilərsiniz. Qeyd edək ki, sözügedən mağazada digər “Kontakt” mağazalarında olmayan ağıllı ev sistemlərinin geniş çeşidi mövcuddur və test etməklə bərabər, həm də özəl şərtlərlə əldə edə bilərsiniz. 

Əyləncə, musiqi, bol hədiyyəli açılış

Açılış zamanı robot özü sizi salamlayıb, mağazanın “ağıllı ev” konsepsiyası ilə tanış edəcək. DJ, musiqi, animatorlar, faceart ustalarının iştirak edəcəyi açılış gecəsinə balacalar ilə birlikdə qatılıb həm özünüzün, həm də onların səmərəli vaxt keçirərək əylənməsinə səbəb ola bilərsiniz. Üstəlik ləzzətli təamların dadına baxıb, peşəkar barista tərəfindən hazırlanan ətirli Delonghi qəhvəsindən zövq ala bilərsiniz. Bol hədiyyəli müsabiqələr və VR oyunlar isə bu günü sizin üçün xüsusilə yadda qalan edəcək. 

Açılışa özəl endirimlər, sərfəli kredit şərtləri

“Kontakt” ın bu mağazasından heç kim əliboş qayıtmayacaq. Çünki avqustun 28-dək sözügedən mağazada nağd alışda xüsusi endirimlər, kreditlə alışda isə 18 ayadək ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlər qüvvədə olacaq. 

Məsələn:

• 32” (81 sm) ekran diaqonallı, smart funksiyalı Hoffmann televizorunu nağd alışda 520 yox, endirimlə cəmi 299 manata;

• 1 TB daxili yaddaşlı Lenovo notbukunu 790 deyil, endirimlə sadəcə 499 manata;

Kreditlə isə:

• 4 GB operativ, 128 GB daxili yaddaş tutumu olan Xiaomi Note 11 smartfonunu ilkin ödənişsiz, faizsiz, 12 aya ayda cəmi 43 manata;

Xiaomi Buds 3 Lite blutuz qulaqlıqlarını isə, ayda yalnız 4 manat ödəməklə ala bilərsiniz. 

Bir sözlə, “Kontakt” avqustun 19-u axşam saat 17:00-da hamını surprizlərlə dolu açılış mərasiminə dəvət edir! Ünvan: Ağa Nemətulla 45. Nəriman Nərimanov metrostansiyasının düz yanı. 

Xatırlaqdaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.