Artıq hər kəs tərəfindən “sevindirir” şüarı ilə tanınan “Kontakt” Yeni il ərəfəsində “Qadın və uşaq sığınacağı”nın balaca sakinləri üçün əyləncəli bayram tədbiri təşkil edib.
.jpg)
Əyləncəli tədbirdə “Kontakt” əməkdaşları balacalar ilə birlikdə bayram süfrəsi ətrafında toplaşıb, rəngarəng oyunlar və müsabiqələrdə iştirak ediblər. Eyni zamanda müxtəlif cizgi film qəhrəmanları və animatorlar tədbirin axarına xüsusi maraq qatıblar.

“Bugünkü tədbirdə balacalarla yanaşı biz də həm əyləndik, həm də xoş vaxt keçirdik. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, bu günümüz, ən önəmlisi isə sabahımızdır.” – deyə “Kontakt”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova tədbir barədə fikirlərini bölüşərkən bildirib.
Əsl bayram ovqatının hiss olunduğu tədbir uşaqların Yeni il arzularını məktublara yazaraq “Kontakt”a ünvanlaması ilə başa çatıb

Son xəbərlər
Son Xəbərlər