“Kontakt”da “Bayramlaşaq” kampaniyası başladı - 50%-dək endirim

kontaktda-bayramlasaq-kampaniyasi-basladi
Oxunma sayı: 4759

“Kontakt” mağazalar şəbəkəsi bu Qurban bayramında “Bayramlaşaq” kampaniyası ilə evinizə bərəkət gətirir.

Bu gündən iyunun 19-dək davam edən kampaniya çərçivəsində bütün axtardıqlarınızı nağd alışda 50%-dək endirimlərlə tapacaqsınız.

Bayram sevinci ilə dolu bu günlərdə “Kontakt” hər kəsi düşünüb. Belə ki, hissəli alışda da çox sərfəli şərtlərlə - heç bir faiz, komissiya, ilkin ödəniş olmadan smartfon, notbuk, smart saat, qulaqlıq, televizor, məişət texnikaları, qab-qacaq və ev tekstilini 18 ay; mebelleri isə düz 24 ay müddətinə əldə edib, ödənişi isə rahat-rahat etmək imkanınız var.

Üstəlik, burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.

Hədiyyə almaq, sevdiklərinə sürpriz etmək istəyənlər üçün sərfəli təkliflərdən sadəcə bir neçəsini nəzərinizə çatdırırıq:

· 256 Gb yaddaşlı, Amoled ekranlı Redmi Note 13 smartfonu xüsusi təkliflə ayda 29 manata;

· 20-30 m2 sahəni əhatə edən Hoffmann kondisioneri də ayda 29 manata;

· Baza və yataq mexanizmli Nepal divanı ayda sadəcə 19 manata;

· 9 günədək işləmə müddəti olan Kieslect smart saatı indi 250 yox, 150 manata;

· 239 lt tutuma malik Beko soyuducusu isə ödənişsiz çatdırılma və quraşdırılma ilə 1000 yox, 700 manata təklif olunur.

Gördüyünüz kimi, “Bayramlaşaq” kampaniyasında bayramı daha da gözəl etmək üçün əla fürsətlər var. Odur ki, vaxt itirmədən “Kontakt” mağazalarına gəlin və ya kontakt.az saytına daxil olun, ən sərfəli alış-veriş imkanlarından faydalanın, bayram sevinciniz ikiyə qatlansın!