Bu gündən etibarən “iPhone 16” seriyasının Azərbaycanda rəsmi satışlarına start verilib. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən son model “iPhone”ları əldə etmək istəyənlər üçün gecə saat 00:01-də satışlara başlayıb.
Oktyabrın 4-ü gecə “iPhone 16” seriyasının ilk sahiblərindən olmaq istəyən yüzlərlə şəxs “Kontakt”ın Nərimanov mağazasına axın edib. Gecə olmasına baxmayaraq, yeni “iPhone” seriyası çox böyük maraqla qarşılanıb və satışın ilk saatlarında öncədən sifariş üçün nəzərdə tutulmuş bütün növ “iPhone 16 Pro” və “Pro Max” modelləri tamamilə satılıb.
Şəbəkənin mağazalarından aldığımız məlumata əsasən, hazırda “iPhone 16” seriyasının bütün rəng və yaddaş növləri müntəzəm olaraq yenilənir. İstənilən modeli əldə etmək üçün “Kontakt” mağazalarına və ya kontakt.az saytına müraciət edə bilərsiniz.
Alıcılar arasından, həm də hədiyyə qazananlar olub. Belə ki, şəbəkə gecə satışına özəl olaraq yeni “Apple” məhsullarından 3100 manatadək dəyəri olan hədiyyələr də təqdim edib.
Üstəlik, oktyabrın 6-dək alıcılara “iPhone 16” modelini hissəli alışla ayda 147 manatdan, “iPhone 16 Pro” modellərini isə 183 manatdan başlayan qiymətlərlə faizsiz almaq imkanı yaradılıb.
Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və buradan qlobal zəmanətli, orijinal “Apple” məhsullarını rahatlıqla əldə edə bilərsiniz.