“Kontakt”ın “Axşam Bazarı”nda 60%-dək endirimlər olacaq - Yalnız 1 gün

kontaktin-axsam-bazarinda-60-dek-endirimler-olacaq
Oxunma sayı: 1963

“Kontakt” mağazalarında bir axşam olur ki, bütün qiymətlər kökündən dəyişir. Şəbəkənin çoxdandır gözlənən bu meqaendirimli “Axşam Bazarı” kampaniyası mayın 31-i düz 10 mağazada təşkil olunacaq.

Axşam saat 21:00-dan gecə 00:00-dək “Kontakt”ın:

- “İnşaatçılar metrosu”;

- “Ukrayna dairəsi”;

- “Azadlıq metrosu”;

- “Sumqayıt 10-cu mkr”;

- “Gəncə Grand Qafqaz” mağazalarında,

Saat 19:00-dan 22:00-dək isə “Quba”, “Mingəçevir”, “Lənkəran”, “Göyçay”, “Şəmkir” mağazalarında çoxdan almağı planladığınız məhsullar nağd alışda 60%-dək endirimləri ilə gecənin qaranlığında sizə gəl-gəl deyəcək.

Bu 3 saat ərzində, sadəcə qiymətlər deyil, alış-verişin özü də fərqli olacaq. Çünki burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.

Həmin axşam oyaq qalanlar:

· Baza və yataq mexanizmli Senta divanını indi 500 yox, 230 manata;

· 20-30 m2 sahəni əhatə edən Hoffmann kondisionerini 640 yox, sadəcə 460 manata;

· 140 sm diaqonallı, 4K görüntülü və smart texnologiyalı Hisense televizorunu 1560 deyil, cəmi 900 manata;

· 256 Gb yaddaşlı, 2 sim kartlı, super Amoled displeyli Samsung Galaxy A25 smartfonunu 700 yox, 500 manata

· 6 kq tutumu olan Samsung paltaryuyanını isə ödənişsiz çatdırılma və quraşdırılma ilə 1000 yox, 650 manata almaqla, həm özlərini, həm də ciblərini sevindirəcək.

O axşam hələ yüzlərlə belə endirimlər və xüsusi təkliflərlə dolu olacaq. Odur ki, arzular siyahınızı hazırlayın, saatınızı qurun və mayın 31-i “Axşam Bazarı”nda yerinizi alın.

Sizə yaxın olan ünvanı buradan tapa bilərsiniz.