Konte “İnter”dən ayrılır

konte-interden-ayrilir
Oxunma sayı: 1781

İtaliyanın “İnter” klubunda baş məşqçi Antonio Konte ilə yollar ayrılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

Xəbərdə, Kontenin klub rəhbərliyinin maaşları 20 faiz azaltmaq istəyi ilə razılaşmadığı və bu səbəbdən “İnter”dən ayrılacağı bildirilib.

“İnter”in 48 saat ərzində Konte ilə müqaviləyə xitam verəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildən “İnter”i çalışdıran Kontenin indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir. “Neradzurra” A Seriyasında 2020/21 mövsümünün qalibi olub.