“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.
Təcrübəli mütəxəssis İtaliya mətbuatına açıqlamasında "Avro-2016"nın seçmə mərhələsinin növbəti oyununda qarşılaşacaqları Azərbaycan millisi haqda da danışıb. Konte yığmamızı düzgün qiymətləndirməli olduqlarını bildirib:
“Dünya çempionatında uğursuz çıxışdan sonra komandanın əvvəlki əzəmətini qaytarmağa gəlmişəm. Yığmanın futbolçularının ölkə xaricində çıxış etməsi hər zaman önəmlidir. Balotelli ilə yanaşı, digər futbolçularımız da ölkə xaricində oynayır. Qrupun favoriti olsaq da, rəqibləri kiçiltməməliyik. Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlara ciddi hazırlaşmalıyıq. Azərbaycan və Malta yığmaları da asan rəqib kimi görünə bilər. Ancaq onları qiymətləndirməyə bilmərik. Seçmə mərhələyə qələbə ilə başladıq. Qarşıdakı oyunlarda da qalib gəlməliyik”.
Qeyd edək ki, İtaliya – Azərbaycan qarşılaşması oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər