"Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” SC arasında beynəlxalq konteyner daşımaları üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Qafqazinfo”ya ADY-dən bildirilib.
Məlumata görə, ötən gün Türkmənistanın paytaxtı Aşqabadda “Beynəlxalq nəqliyyat- tranzit dəhlizləri: qarşılıqlı əlaqə və inkişaf - 2023” 2-ci Beynəlxalq sərgi və konfransı işini başa çatdırıb.
Konfrans çərçivəsində CASCA+ beynəlxalq multimodal marşrutu üzrə iştirakçı ölkələrin dəmir yolları operatorlarının növbəti görüşü keçirilib, tranzit imkanlarının yeni inkişaf perspektivləri müzakirə olunub.
Son xəbərlər
Son Xəbərlər