Kontra istefa verdi

kontra-istefa-verdi
Oxunma sayı: 1294

Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

"Qafqazinfo" xəbər verir ki, buna yığmanın AÇ-2020-də uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb.