Könül əfsanəvi obrazlarda... - Fotolar

konul-efsanevi-obrazlarda
Oxunma sayı: 766

Türkiyədə fəaliyyət göstərən Könül Nağıyeva 1930-1959-ci illərin əfsanəvi qadın sənətçilərin obrazında kamera qarşısına keçib. 

“Qafqazinfo” xəbər verir ki, Könül  Ava Gardner, Sophia Loren, Greta Gabro, Audrey Hepburn ilə opera sənətçisi Maria Callası canlandırıb. 

“Reborn” (Yenidə doğulmaq) adlı layihənin çəkilişləri 12 saat çəkib. Həmçinin, çəkiliş prosesində baş verən hadisələr anba an lentə alınıb, aktrisanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib. 

“Mən ub qadınların heyranıyam. Heyran olduğum qadınları kopyalamaq yox, canlandırmaq istədim. Bunu bacaracağıma əmin idim. Çünki onlar haqqında çox şey bilirəm. Layihənin qısa filmi isə “İz buraxan qadınlar” sloqanı ilə bitir. İnşallah, mən də bir iz buraxaram” – deyə Nağıyeva Türkiyənin “Takvim” qəzetinə müsahibəsində bildirib.