Aparıcı Könül Muxtafova “Lider”dəki fəaliyyətinə son qoyub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında aparıcı özü deyib.
O bildirib ki, artıq yeni bir kanalda fəaliyyətə başlayıb: “Mənim arxamda dayananım olmayıb. Hər zaman öz bacarığıma görə hansısa yerə iş üçün dəvət almışam. Sentyabrdan “Lider”də olmayacağam. Başqa kanalda efirə çıxacağam. Hansı kanal olduğunu açıqlamayacağam. Hazırda anons çəkilişləri gedir”.
Son xəbərlər
Son Xəbərlər