Könül Xasıyeva danışdı

konul-xasiyeva-danisdi
Oxunma sayı: 3424

Xalq artisti, muğam ifaçısı Könül Xasıyeva ölümü barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçinin açıqlamasını Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşıb. 

Xasıyeva paylaşılan videoda ağrılarının çox olduğunu qeyd edib:

“Allaha şükür, yaxşıyam. Belə ki, ağrılarım, problemlərim var. İndi inkir-minkirlə deyiləm. Hamıya can sağlığı arzulayıram. Həyatda hər şey ola bilər. Can sağlığı əsasdır”.