“Könüllü gömrükçü” “Zəfər Liqası” turnirinin qalibi oldu - Fotolar

konullu-gomrukcu-zefer-liqasi-turnirinin-qalibi-oldu
Oxunma sayı: 1716

Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə 20 oktyabr - 5 noyabr 2021-ci il tarixlərində Vətən müharibəsində şanlı qələbəmizə həsr olunan “Zəfər Liqası” futbol turniri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsinin futbol komandası da olmaqla “Zəfər Liqası” futbol turnirində 12 komanda (Turizm könüllüləri, AFFA könüllüləri, Nəqliyyat könüllüləri, Bir könüllü, DOST könüllüləri, ASAN könüllüləri, Miqrasiya könüllüləri, Gənc könüllülər, Diaspora könüllüləri, Formula 1 könüllüləri, Aqrar könüllüləri) iştirak edib. Komandalar püşkatma nəticəsində hər qrupda 3 komanda olmaqla 4 qrupda mübarizə aparıb.

Noyabrın 5-də “Zəfər Liqası” futbol turnirinin final mərhələsi baş tutub, “Könüllü gömrükçü” dəstəsinin komandası ASAN könüllüləri ilə çempionluq uğrunda qarşı-qarşıya gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda komandamız yüksək peşəkarlıq və əzmkarlıq göstərərək 3-2 hesabı ilə rəqibə qalib gəlib, “Zəfər Liqası” kubokunu başları üzərinə qaldırıblar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov mükafatlandırma mərasimində iştirak edib, komandaya kuboku təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb.