Bu gün Dövlət Gömrük Komitəsində üçüncü “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, bu gün bir çox dövlət qurumlarında fəaliyyət göstərən könüllü hərəkatının formalaşması da bu siyasətin bariz nümunəsidir. Eyni zamanda, Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi fəaliyyət göstərir və könüllü gömrükçülər Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər.
Səfər Mehdiyev bildirib ki, könüllü hərəkatı çərçivəsində bu günədək Dövlət Gömrük Komitəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib.
Tədbirin sonunda üçüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.




Son xəbərlər
Son Xəbərlər