Könülün yeni imici türkləri təəccübləndirdi

konulun-yeni-imici-turkleri-teeccublendirdi
Oxunma sayı: 3460

TRT-nin ən reytinqli serialı “Diriliş Ertuğrul” heyətinə yeni daxil olan Könül Nağıyeva yeni imici ilə hər kəsi təəccübləndirib. 

“Qafqazinfo” xəbər verir ki, serialda canlandırdığı “Almıla Hatun” obrazı üçün saçlarını qısa kəsdirən aktrisa bu dəfə özünü tamamilə dəyişib. 

Türkiyədə fəaliyyət göstərən Könül qısa saçlarını sarı rəngə boyadıb. O, yeni görüntülərini instaqram səhifəsində paylaşıb.

Türkiyənin bir çox KİV-ləri isə həmin fotolardan xəbər hazırlayıblar. 

Qeyd edək ki, Nağıyeva serialın 116-cı bölümündə Noyanın bacısı olaraq ekranlarda görünməyə başlayıb. O, layihənin əsas obrazlarından biridir.