Konyada qum fırtınası zəncirvari qəzaya səbəb oldu - 17 yaralı

konyada-qum-firtinasi-zencirvari-qezaya-sebeb-oldu
Oxunma sayı: 1133

Türkiyənin Konya şəhərində qum fırtınası zəncirvari qəzaya səbəb olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 20 avtomobilin toqquşduğu qəzada 2-si ağır olmaqla, 17 nəfər yaralanıb. Konya-Ankara yolunun 70-ci kilometrliyində baş vermiş hadisə qum sürücülərin yolu görməsinə mane olması səbəbindən yaşanıb.

Qəza yerinə çoxsaylı təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Qəza səbəbindən yol 1 saatlıq bağlanıb.