“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Dünya serfinq çempionu olan Mik Fenninq Cənubi Afrikadakı J-Bay yarışı zamanı köpək balığının hücumundan sağ çıxmağı bacarıb.
Sürətlə üzdüyünə görə “Ağ şimşək” təxəllüsü alan 34 yaşlı Avstraliyalı dünya çempionu öz serfinq avadanlığı üzərində olarkən vəhşi balıq yanında peyda olub.
Bu zaman təşkilatçılar yardımçı qayıqla idmançının köməyinə gəliblər.
"Mən sadəcə ayağıma nəyinsə toxunduğunu hiss etdim və vuraraq itələmək istədim. Sonra mən balığın bir hissəsini gördüm. Hətta gözləyirdim ki o məni dişləyəcək", Fenninq bildirib.
Son xəbərlər
Son Xəbərlər