Koreya lideri cins şalvar geyinməyə qadağa qoydu

koreya-lideri-cins-salvar-geyinmeye-qadaga-qoydu
Oxunma sayı: 4135

Şimali Koreya lideri Kim Çen İn ölkədə daha bir qadağa qoyub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Kim vətəndaşlara cins şalvar geyinməyi və pirsinq taxmağı (qulağa, buruna, dodağa taxılan sırğalar) rəsmən qadağan edib.

Onun bu qadağanı Qərb mədəniyyətinin ölkədə yayılmasının qarşısını almaq üçün verdiyi bildirilir.

Qadağanın xüsusilə, Çin sərhədinin yaxınlığında yerləşən Ryanqanq və Şimali Hamqyonq bölgələrinin sakinlərinə şamil olunduğu da qeyd olunur.