“Qafqazinfo”nun məlumatına görə, səfirlə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev arasında işgüzar söhbət gedib. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə haqqında ətraflı məlumat verən Naqif Həmzəyev Koreya filmləri festivalının Gəncədən başlamasını şəhər əhalisi üçün əlamətdar hadisə adlandırıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxış edərək diqqətə çatdırıb ki, o, Gəncəyə bir neçə dəfə səfər edib və hər gəlişində müxtəlif yeniliklərin şahidi olub.
Bu gün festivalın ilk filmi olan “Əbədi an” filmi nümayiş olunacaq. Səfir Çoi Suk-in festivalın açılışında iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər