Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi - Fotolar

korgoz-qesebe-sakinleri-ile-novbeti-seyyar-gorus-kecirildi
Oxunma sayı: 1013

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edib.

Keçirilmiş səyyar qəbulda 50-dən çox qəsəbə sakinləri iştirak edib.

Görüşə gələn qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, yeni salınan asfalt örtüyü və məktəblilər üçün çəkilən xüsusi piyada yollarına görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilmişdir. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.