Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimi keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, DVD əməkdar artist Ramil Qasımovun Koroğlu obrazını ifa etdiyi opera əsasında hazırlanıb. Gecədə, Azərbaycanın canlı korifeyi, bəstəkar Arif Məlikov, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbəri Akif Məlikov, eyni zamanda tanınmış ictimai xadimlər, sahibkarlar, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Qonaqların hər birinə “Koroğlu” DVD-si təqdim edilib.
Təqdimatdan sonra, Ramil Qasımov Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə (dirijorlar əməkdar incəsənət xadimi Nazim Hacəlibəyov və Şəhla Ələkbərova) konsert proqramı ilə çıxış edib.
Açıq hava altında keçirilən mərasimdə çıxış edən Ramil Qasımov bildirib ki, Azərbaycan prezidenti müvafiq sərəncamına əsasən bu günü sahibkarlıq günü elan edib.
O söyləyib ki, həmçinin bu gün Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir bəyin şah əsəri olan “Koroğlu” operasının DVD diskinin təqdimat mərasimidir:
“Opera və Balet Teatrının yaradıcı və texniki heyəti bu tamaşanı yüksək peşəkarlıqla ifa ediblər və edirlər. Azərbaycan Televiziyası bu operanı yüksək texniki avadanlıqla lentə alıb və bu gün “Azərsun Holding” şirkəti bu tamaşanı DVD şəklində böyük tirajla çap edib, dünyaya təbliğ edir. Bu hadisə əslində böyük tarixi bir mədəni uğurdur, çünki, Azərbaycan milli dəyərlərini özündə qoruyan bu opera bizim klassik janrda zirvədə olan bir operamızdır”.
Tədbirdə çıxış edən “Azərsun Holding”in prezidenti Abdulbari Gözəl də Ramil Qasımovu bu uğur münasibəti ilə təbrik edib və “”Koroğlu” operasının Azərbaycan musiqi mədəniyyətinin əvəzolunmaz sənət əsəri adlandırıb.




Son xəbərlər
Son Xəbərlər