“Koroğlu”da ödəmə terminallarının yeri icarəyə verildi - Foto

korogluda-odeme-terminallarinin-yeri-icareye-verildi
Oxunma sayı: 2788

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ödəmə terminalları yerləşdiyi məntəqədən çölə çıxarılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, yaxın günlərdə həmin məntəqənin yerində iaşə obyekti fəaliyyətə başlayacaq.  

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün BNA-ya müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev sorğumuza cavab olaraq ödəmə terminallarının yerinin dəyişdirildiyini təsdiqləyib. O qeyd edib ki, avadanlıqlar məntəqə daxilində həddindən artıq qızdığı üçün oradan çıxarılıb: “Bu yerdəyişmə də sərnişinlərimiz üçün hər hansı çətinlik yaratmayıb. Çünki terminallar əvvəlki məntəqənin yaxınlığında daha rahat formada sərnişinlərimizin xidmətindədir.

Xəbəri rus dilində oxuyun: “Весь мир против нас” - военный обозреватель в эфире “России 1”

В прямом эфире АzTV зрители стоя аплодировали матери Полада Гашимова

Əvvəlki ödəmə məntəqəsinin yerində isə iaşə obyekti olacaq. Burda hər hansı qeyri-adi bir məsələ yoxdur. Xarici şəhərlərin təcrübəsinə baxsaq, bu cür mərkəzlərdə belə iaşə obyektlərinin olduğunu görə bilərik. Qanunvericiliyin tələbləri qorunmaqla görülən işlərdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri məsələni fərqli formada təqdim edərək manipulyasiyalar edirlər”. 

Gülnar Əliyeva