“Koroğlu”dakı ticarət köşkləri bu axşam söküləcək- - Gərginlik

korogludaki-ticaret-koskleri-bu-axsam-sokulecek-
Oxunma sayı: 1950


“Qafqazinfo” xəbər verir ki, “Koroğlu” metrostansiyanda fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinin AzNews.az-a verdiyi məlumata görə, onlara mallarını yığışdırmaq üçün axşam saatlarına qədər vaxt verilib. 

Buna etiraz edən köşk sahibləri “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin martın 27-nə qədər vaxt verdiyini diqqətə çatdıraraq, ticarət yerlərini tərk etmək niyyətində olmadıqlarını söyləyiblər. 

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin yeni rəhbərliyi metrostansiya ərazisində olan ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Köşk sahiblərinin kütləvi etirazlarından sonra ticarət obyektlərini boşaltmaq üçün onlara martın 27-ə qədər vaxt verilib.