Koronavirus ABŞ-da bütün ştatlara yayıldı

koronavirus-abs-da-butun-statlara-yayildi
Oxunma sayı: 1652

ABŞ-ın Qərbi Virciniya ştatında koronavirusa yoluxma faktının aşkarlanması ilə epidemiya ölkənin bütün 50 ştatına yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin Koronavirus üzrə Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, ABŞ-da yeni tip koronavirus (COVİD-19)-a yoluxanların ümumi sayı 5,894-ə çatıb, 97 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.