Təchizat zəncirlərindəki fasilələr və iki ölkə arasında münasibətlərin daha da ağırlaşması səbəbindən ABŞ və Çin iqtisadiyyatları arasındakı əlaqələrin zəifləməsi artıq real perspektivə çevrilib.
"Qafqazinfo" "The Wallstreet"ə istinadən xəbər verir ki, mart ayında Çindəki Amerika Ticarət Palatasının (AmCham) apardığı araşdırmaya görə, ötən ilin oktyabr ayında 66% ilə müqayisədə ABŞ-ın 25 böyük şirkətinin yalnız 44%-i iqtisadiyyatların ayrılmasının qeyri-mümkün olduğunu bildirib.
Sorğuda iştirak edən şirkətlərin dörddə birindən çoxu istifadə etdikləri materialların yeni təchizat mənbələrini axtarmağa başladığını bildirib. Bununla belə onlar yeni mənbələri başqa ölkələrdə deyil yenə də Çin daxilində axtardıqlarını bildiriblər. Sorğuda iştirak edənlərin Yalnız 16%-i istehsalatı qismən və ya tam Çin xaricinə köçürmək istədiklərini qeyd edib.
Həmçinin sorğu nəticəsində müəyyən olunub ki, şirkətlərin 40% -i təchizat zəncirlərini dəyişdirmək fikrində deyil. Üstəlik, respondentlərin yarıdan çoxu qeyd edib ki, COVID-19 pandemiyasının uzunmüddətli tədarük strategiyasını dəyişib-dəyişməyəcəyi barədə danışmaq üçün hələ tezdir.
Əvvəlcə Çinə təsir göstərən, müəssisələrin bağlanmasına və bir çox dünya şirkətlərinin asılı olduğu tədarük zəncirlərinin parçalanmasına səbəb olan koronavirus pandemiyası şirkətlərin Çindən çıxmaq fikrini daha da gücləndirib. "Bu, tamamilə köçürülmə deyil, diversifikasiya kimi başa düşülməlidir",-deyə Şanxaydakı Amerika Ticarət Palatasının prezidenti Ker Qibbs bildirib.
Hələ pandemiyadan əvvəl bəzi ABŞ şirkətləri, təchizat zəncirinin Çin-dən asılılığının məqsədəuyğunluğunu şübhə altına almışdılar. Buna səbəb Çində əmək xərclərinin getdikcə artması və ABŞ ilə ticarət müharibəsinin siyasi risklər yaratması idi.
Qibbsin sözlərinə görə, mövcud siyasi risklər Çindəki bir çox ABŞ şirkətləri üçün həlledici rol oynayır, çünki koronavirus artıq iki ildən çoxdur ki ticarət anlaşılmazlıqları ilə pozulmuş ABŞ və Çin arasındakı münasibətləri daha da kəskinləşdirəcək.
Son xəbərlər
Son Xəbərlər