Koronavirus beyin və ağciyərlərə necə təhlükə törədir?

koronavirus-beyin-ve-agciyerlere-nece-tehluke-toredir
Oxunma sayı: 1698

Həkimlər ağır koronavirus xəstələrində ağciyər həcminin azalması və beyin fəaliyyətinin zəifləməsini müşahidə ediblər.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə ABŞ-ın Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova açıqlama verib.

“Gənclər artıq marafon keçirə bilmirlər, yaşlı insanlar isə pilləkənlə qalxarkən belə təngnəfəslik yaşayırlar. Ancaq bu hər kəsə deyil, xəstəliyi ağır formada keçirənlərə aiddir”.

Bioloq, həmçinin qeyd edib ki, xəstəliyi ağır keçirən bəzi pasiyentlərdə bir çox nevroloji simptomlara da rast gəlinir:

“Məsələn, xəstəliyi ağır keçirən yaşlı insanlarda çaşqınlıq və disorientasiya əlamətləri müşahidə olunur. Virusun beyində neyroiltihaba səbəb olduğuna artıq şübhə yoxdur. Ancaq bu vəziyyətin nə qədər davam edə biləcəyi və necə sonlanacağı hələ dəqiq deyil”.

Qeyd edək ki, dünya üzrə koronavirusa 2,084,022 insan yoluxub, 134,669 nəfər xəstəlik səbəbindən həyatını itirib.