Koronavirus bircə bu Avropa ölkəsində çıxmayıb

koronavirus-birce-bu-avropa-olkesinde-cixmayib
Oxunma sayı: 5182

Monteneqro COVID-19” infeksiyasının qeydə alınmadığı yeganə Avropa ölkəsi olaraq qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Monteneqronun İctimai Sağlamlıq İnstitutunun epidemioloqu İqor Qaliç açıqlama verib.

Onun sözlərinə görə, epidemiya başlanandan bu günə qədər ölkədə 2000-dən çox insan müayinə olunub. Hazırda 392 nəfər həkim nəzarətindədir.

““Covid-19” xəstəliyinin diaqnozu iki-üç saat çəkir. Buna görə nəticələr tez bir zamanda məlum olur”,- deyə Qaliç bildirib.

Epidemioloq vətəndaşları panikaya düşməməyə və yanlış informasiya yaymamağa çağırıb.