Koronavirus bizneslərinə son qoydu

koronavirus-bizneslerine-son-qoydu
Oxunma sayı: 3316

Rusiyanın Əməkdar artisti Nataşa Korolyova koronavirus səbəbindən biznesini itirdiyini etiraf edib. “Qafqazinfo” bildirir ki, bu barədə “7days.ru” nəşri xəbər verib.

Müğənninin sözlərinə görə, ona və həyat yoldaşı Sergey Qluşkoya (Tarzan) məxsus fitnes-klub və gözəllik salonları artıq açılmayacaqlar.

“Nə qədər kədərli olsa da, bizim biznes öldü. Amma buna baxmayaraq, koronavirusun mənim həyatıma qlobal dərəcədə pis bir şey gətirdiyini deyə bilmərəm”, - artist bildirib.