Koronavirus bu ölkələrdə də çıxdı - Yenilənib

koronavirus-bu-olkelerde-de-cixdi
Oxunma sayı: 4515

İraqda koronovirusa ilk yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo”nun “The Guardian” nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.

Bildirilib ki, ölümcül virus Nəcəf şəhərində İlahiyyat fakultəsində təhsil alan iranlı tələbədə aşkarlanıb.

Məlumata görə, sözügedən şəxs İraq hökumətinin İranla sərhədləri bağlamazdan əvvəl bu ölkəyə daxil olub.

***

Əfqanıstanda da COVID-19 viriusuna ilk yoluxma halı qeydə alınıb.  

Ölkənin Səhiyyə naziri Ferozuddin Feroz bildirib ki, İranın Qum şəhərindən Herat şəhərinə gələn 35 yaşlı kişidə virus aşkarlanıb. Onun vəziyyəti qənaətbəxşdir.

Nazir əlavə edib ki, ümumilikdə İrandan gələn üç nəfər virus şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ikisində bu diaqnoz təsdiqlənməyib.

Qeyd olunur ki, son iki həftə ərzində mindən çox Herat sakini İranın Qum əyalətində olub.

Əfqanıstanda xəstəliyin yayıldığı məqamda tibbi maskaların ölkədən ixracına görə cinayət məsuliyyəti tətbiq edilib.