Çinin Hubey əyalətində koronavirusun yeni növünə yoluxanların sayı təxminən 60 min nəfərə çatıb, 93 yeni ölüm faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat verib.
Xəstələrin sayı sutka ərzində 1807 nəfər artıb və 59989-a çatıb. Əyalətdə ümumilikdə 1789 nəfər koronavirusun qurbanı olub.
Sağalanların sayı 1223 nəfər artıb. Xəstəxanalardan ümumilikdə 7862 pasiyent evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər