Koronavirus Cənubi Amerikadakı bu ölkəyə də çatdı

koronavirus-cenubi-amerikadaki-bu-olkeye-de-catdi
Oxunma sayı: 2167

Uruqvayda koronavirusa ilk dörd yoluxma faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

“İlk dörd koronavirusa yoluxma faktı təsdiqini tapıb. İnsanlar ölkəyə Milandan 3-6 mart tarixləri aralığında gəliblər. Pasiyentlər öz evlərində stabil vəziyyətdədirlər”,  - qurumun sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, koronavirus daha əvvəl Cənubi Amerikanın Ekvador, Argentina, Çili, Peru, Braziliya və Kolumbiya kimi ölkələrində qeydə alınıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən çox insan bu virusa yoluxub, çoxu sağalıb, lakin 5 mindən çoxu dünyasını dəyişib.