Koronavirus daha 3 ölkədə!

koronavirus-daha-3-olkede
Oxunma sayı: 2201

Dünyada sürətlə yayılan koronavirus ilk dəfə Litva, Yeni Zellandiya və Nigeriyada qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, Litva Səhiyyə Nazirliyi COVID-19 infeksiyasının İtaliyanın Verona şəhərindən qayıdan şəxsdə aşkarlandığını açıqlayıb.

“Xəstə Şyaulay şəhərindəki bir xəstəxanada təcrid vəziyyətində saxlanılır. Burada bu cür xəstəliklərin müalicəsi üçün lazım olan hər şey var. Hazırda onda xəstəliyin yüngül simptomları müşahidə olunur”, - deyə Səhiyyə Nazirliyinin saytında dərc olunmuş açıqlamada bildirilir.

Nigeriyanın Federal Səhiyyə Nazirliyi Laqos ştatında infeksiyasının aşkarlandığını təsdiqləyib.

Yeni Zelandiya Səhiyyə Nazirliyinin sözçüsü, koronavirusa yoluxmuş şəxsin fevralın 26-da Oklend şəhərinə gəldiyini bildirib. Qeyd olunur ki, 60 yaşlı kişi Bali üzərindən Tehrandan ölkəyə gəlib.