Koronavirus daha 4 orqanı sıradan çıxarır

koronavirus-daha-4-orqani-siradan-cixarir
Oxunma sayı: 7920

Dünya alimləri koronavirusla bağlı yeni araşdırmalar aparıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, çinli və amerikalı mütəxəssislər Covid-19-un təkcə ağciyərə deyil, ürək, böyrək, qaraciyər və bağırsaqlara da ziyan vurduğunu aşkar ediblər. Bundan əvvəl isə koronavirusun beyin və sinir sisteminə ciddi xəsarət yetirdiyi bildirilmişdi.

Bundan başqa, virus ürək əzələlərinin iltihabına və ani ürək dayanmasına səbəb olan ritm pozulmasına gətirib çıxarır.

Alimlər, həmçinin, pandemiyadan sonra dünyada əqli inkişafla bağlı ciddi problem yaşanacağını proqnozlaşdırırlar.