Koronavirus əleyhinə dərmanın adı açıqlandı

koronavirus-eleyhine-dermanin-adi-aciqlandi
Oxunma sayı: 3663

Çində koronavirus əleyhinə antivirus dərmanının adı açıqlanıb.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Çinin Səhiyyə Nazirliyinin açıqlamasında bu həbin “Abidol” olduğu bildirilib. Dərman xlorxinfosfat və ribavirinlə, interferon və ya ritonavirlə birlikdə Covid-19-un ilkin müalicə planının 6-cı versiyasına daxil edilib.

Həkimlər “Abidol”un yüksək səviyyədə antivirus göstəricilərinin olduğunu bildiriblər.

 Bundan başqa, analitiklər koronavirusa yoluxanların daha çox 30-69 yaş aralığında olduğunu qeyd ediblər.

Qeyd edək ki, Çində koronavirusdan 2012 nəfər dünyasını dəyişib. 75,3 min nəfər isə virusa yoluxub.