Bu il G-7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü video bağlantıyla keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Mortaqus yazılı açıqlama yayıb.
“Birləşmiş Ştatlar ehtiyyat tədbiri olaraq, yaxınlaşan G7 görüşü üçün 24-25 mart Pittsburqda toplanmaq əvəzinə, görüşə video telekonferans ilə ev sahibliyi etmək qərarına gəlib. Bu il G7 nazirlərini qəbul etməyə hazır olduğuna və bu tədbirin planlaşdırılmasına göstərdiyi dəstəyə görə Pittsburq şəhərinə təşəkkür edirik. Növbəti tədbirlərin orada keçirilməsini planlaşdırırıq”, -deyə Mortaqus bildirib.
Son xəbərlər
Son Xəbərlər