Koronavirus “Game of Thrones”un ulduzundan da yan keçmədi

koronavirus-game-of-thronesun-ulduzundan-da-yan-kecmedi
Oxunma sayı: 1088

“Game of Thrones” serialının ulduzlarından olan Indira Varma koronavirusa (COVİD-19) yoluxub. 

“Qafqazinfo” xəbər verir ki, sözügedən ekran işində Ellaria Sand obrazını canlandıran 46 yaşlı aktrisa test etdirdiyini, nəticələrin pozitiv çıxdığını açıqlayıb.

O, instaqramda paylaşım edərək vəziyyətinin yaxşı olmadığını bildirib: “Yataqdayam, halım pisdir. Yaxınlarınıza qarşı diqqətli olun”.