Koronavirus Hindistanda həyatı cəhənnəmə çevirdi - Fotolar

koronavirus-hindistanda-heyati-cehenneme-cevirdi
Oxunma sayı: 11023

Koronavirus Hindistanda bütün həyatı iflic edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, pandemiya qurbanlarının cəsədləri küçələrin ortasında yandırılır, bunun üçün isə parklardakı ağaclar məhv edilir. Ölkədə 211 mindən çox insan pandemiya qurbanı olub. Çarpayı çatışmazlığı səbəbindən pasiyentlər xəstəxanaya yerləşdirilmir və nəticədə ölüm sayı kəskin artır. Krematoriyalarda yer olmadğından meyitlər küçələrdə yandırılır.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikinci yerdədir (33,1 milyon nəfər).