Koronavirusa yoluxma faktları Çindən kənarda 64 ölkədə aşkar olunub. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı gündəlik məlumatda deyilir.
ÜST qeyd edib ki, Çindən kənarda koronavirusa yoluxanların sayı sutka ərzində 1598 nəfər artıb və 8774-ə çatıb. Ölümlərin ümumi sayı 128-dir. Sutka ərzində 24 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, koronavirusa yoluxma faktı son olaraq Litva və Latviyada aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər