Böyük Britaniyada da koronavirusa yoluxma halı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, virusa bir ailənin iki üzvü yoluxub.
Məlumatda virusun daha da yayılmasının qarşısını almaq üçün lazımi müalicənin tətbiq olunduğu, sınaqdan keçirilmiş infeksiyaya nəzarət prosedurlarından istifadə edildiyi, bu xəstələrlə təmasda olanların da müəyyənləşdirilməsinə çalışıldığı vurğulanıb.
Qeyd edək ki, artıq 23 ölkədə 9810 nəfər virusa yoluxub, onlardan 213 nəfər vəfat edib.
Son xəbərlər
Son Xəbərlər