Koronavirus İranda can almaqda davam edir

koronavirus-iranda-can-almaqda-davam-edir
Oxunma sayı: 2218

İranda son sutka ərzində daha 87 nəfər koronavirusdan həyatını itirib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, İranda koronavirus qurbanlarının ümumi sayı 5 118-ə çatıb.

Cahapur qeyd edib ki, son sutka ərzində 1 343 yoluxma halı qeydə alınıb. Yoluxanların ümumi sayı 82 221-ə yüksəlib. Onlardan 3 456-sı ağır vəziyyətdədir.

Bununla yanaşı, indiyədək 57 023 pasiyent sağalıb, 341 mindən çox koronavirus testi həyata keçirilib.