Koronavirus İrandakı mənzərəni belə dəyişdi - Fotolar

koronavirus-irandaki-menzereni-bele-deyisdi
Oxunma sayı: 6858

İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytaxt Tehranda vətəndaşlar təşvişə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə “Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi” yaradılıb.

Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.