Dünyaca məşhur müğənni Madonna yeni növ koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan araşdırmalara maddi dəstək olub.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında məlumat verib. Pop ulduz bunun üçün 1, 1 milyon dollar ianə edib.
Qeyd edək ki, Madonna mart ayında pandemiyaya yoluxduğunu, daha sonra müalicə alaraq virusdan xilas olduğunu açıqlamışdı.
Son xəbərlər
Son Xəbərlər