“Koronavirus qlobal müharibə şəraitidir” - Video

“Koronavirus qlobal müharibə şəraitidir”
Oxunma sayı: 1585

“Koronavirus qlobal müharibə şəraitidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:

“Bəzən sosial şəbəkələrdə fərqli platformalarda bəzən yanlış, bəzən isə şayiə xarakterli məlumatların yayılması tendensiyaları baş verir. Həqiqətən də, real fakt varsa, dövlət, Operativ Qərargah, o cümlədən aidiyyəti səhiyyə, hətta hüquq-mühafizə orqanları tərəfindən ən incə xəta dərhal araşdırılır, zəruri və lazımi tədbirlər görülür. Qanun qarşısında hamı bərabərdir və qanun çərçivəsində bütün zəruri hərəkətlər həyata keçirilməlidir.

Ancaq bunun xaricində şayiə xarakterli məlumatın yayılması, bəzən də mövcud məlumatın şişirdilməsi, yaxud məqsədyönlü şəkildə hər hansı kiçik bir problem axtarılması, dərhal onun şəklini çəkib sosial şəbəkələrdə yerləşdirilməsi, bununla müəyyən “qəhrəmanlıq” obrazı yaradılması yolverilməzdir.

Qlobal bir şəraitdə bütün dövlətlər, hökumətlər üçün çətin bir şəraitdir. Belə olan halda problemlərin birgə aradan qaldırılması istiqamətində dövlətin də səylərinə dəstək verilsin. O cümlədən, əziyyət çəkən həkimlərin fəaliyyətinə düzgün qiymət verilsin.

Bu heç də o anlama gəlmir ki, problem varsa, göstərilməməlidir. Bəli, çatdırılmalıdır.

Ancaq əsassız ictimai rəyin başqa, düzgün olmayan istiqamətə yönəldilməsindən kənar olmalıyıq. Bu, qlobal müharibə şəraitidir. Qlobal müharibə şəraiti də müharibə qaydalarına uyğun olaraq davranış tələb edir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi