“Koronavirus Si Cinpinin arzularını puç edə bilər” - Video

koronavirus-si-cinpinin-arzularini-puc-ede-biler
Oxunma sayı: 2865

ABŞ-ın “Time” jurnalının yeni sayının üz qabığında Çin Xalq Respublikasının sədri Si Cinpin yer alıb. “Qafqazinfo”nun nəşrin Tvitter səhifəsinə istinadən məlumatına görə, siyasətçi tibbi maskada təsvir olunub.

Üz qabığında jurnalın yeni sayında yer alan materialların başlıqları yazılıb – “Çinin sınağı”, “Növbəti yayılmanın qarşısının alınması”, və “İqtisadi təhlükə”.

“Koronavirusun yayılması Si Cinpinin Çin əsri ilə bağlı arzularını puç edə bilər”, - tvitdə qeyd edilib.