Koronavirus sürətlə can almaqda davam edir

koronavirus-suretle-can-almaqda-davam-edir
Oxunma sayı: 3168

Çində koronovirusa yoluxanların sayı 77 mini keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, koronavirusa yoluxan 77 min 150 nəfərdən 2592-si həlak olub.

Ötən gün ərzində ölkə üzrə virusa yoluxanların sayı 409 nəfər artıb, 150 nəfər isə ölüb. Bunlardan 149-u virusun episenteri sayılan Hubeydə, 1-i isə Haynan əyalətində qeydə alınıb.

Hazırda ölkənin hospitallarında 49,8 min insan müalicə alır, 9,9 min nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Eyni zamanda 24,7 mindən çox insan tibbi mərkəzlərdə müalicə aldıqdan sonra evə buraxılıb.